Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025: 50 ölkədən 3000 gənc sahibkar Bakıda bir araya gəlir

Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025: 50 ölkədən 3000 gənc sahibkar Bakıda bir araya gəlir
31.10.2025 14:25 Cəmiyyət

1 noyabr 2025-ci il tarixində saat 09.00-da Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 keçiriləcək.

TodayPress TV xəbər verir ki, forum Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumilikdə isə 5000-dən artıq iştirakçının iştirakı gözlənilir.

Forumun iştirakçıları:

Fərid Qayıbov - Azərbaycan Respublikasının Gənclər və İdman Naziri

Enes Eminoğlu - Türkiyə Respublikasının Gənclər və İdman Nazirinin müavini

Prof. Dr. Birol Akgün - Türkiyə Respublikasının Azərbaycandakı səfiri

Orxan Məmmədov - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri

Abdullah Eren, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri

Mağsum Usta, Gənc MÜSİAD prezidenti

Forum çərçivəsində:

B2B görüşlər

Regional ticarət və investisiya imkanları

Startap ekosistemi və elektron ticarət

Texnologiya transferi

Universitet–sənaye əməkdaşlığı və digər aktual mövzular müzakirə olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər