Araz Nəsirov vəzifəsindən azad olundu

Araz Nəsirov vəzifəsindən azad olundu
11.06.2026 00:30 Cəmiyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

TodayPress TV  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

TodayPress TV 

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər