Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirildi
Cəmiyyət
20.02.2026 17:45
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüşdə telekommunikasiya və poçt xidmətləri sahələrində istehlakçı hüquqlarının cari vəziyyəti və mövcud problemlər ətrafında müzakirələr aparılıb. Sözügedən sahələr üzrə Agentliyə daxil olan çoxsaylı müraciətlərin məzmunu və xarakteri təhlil edilib, Agentliyin səlahiyyətləri çərçivəsində aparılmış araşdırmalar nəticəsində müəyyən edilən əsas problemlər diqqətə çatdırılıb.
Görüş zamanı müvafiq sahədə istehlakçı narazılıqlarının və problemlərin aradan qaldırılması istiqamətində əsas tənzimləyici orqan olan İKTA ilə əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin istehlakçıların maarifləndirilməsi və onların hüquqlarının müdafiəsi üzrə İKTA-nın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə Agentlik tərəfindən lazımi dəstəyin göstərilməsi ilə bağlı təkliflər diqqətə çatdırılıb. Qarşılıqlı dialoqun davamlılığının təmin olunması məqsədilə birgə müzakirələrin mütəmadi təşkili barədə razılıq əldə edilib.
tag: Antiinhsar,Agentlik,İKTA,Görüş,Todaypress.tv,
