ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış etdilər

ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış etdilər
31.10.2025 13:18 Cəmiyyət

27–30 oktyabr tarixlərində Almaniyanın Bonn şəhərində keçirilən 6-cı Qlobal Su Operatorları Tərəfdaşlığı (WOPs) Konqresində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri v.m.i.e Tahir Xəlilov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.  

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində çıxış edən Tahir Xəlilov su ehtiyatlarının idarə olunmasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edib, Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

O, həmçinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Dünya Şəhərsalma Forumu”nun (WUF13) ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.

Konqres çərçivəsində keçirilən side event zamanı Riad Axundzadə iştirakçılara Azərbaycanda su təchizatı və tullantı su xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq WUF13 barədə geniş məlumat təqdim edib.

Bununla yanaşı, Global Water Operators’ Partnerships Alliance (GWOPA) ilə görüş keçirilib, gələcək potensial əməkdaşlıq istiqamətləri və su sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

TodayPress TV

FOTOLAR

ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış etdilər — 1
ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış etdilər — 2
ADSEA nümayəndələri Almaniyada keçirilən beynəlxalq tədbirdə çıxış etdilər — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər