7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı

7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı
16.06.2026 14:09 Cəmiyyət

Son vaxtlar Pakistanın miqrasiya orqanları və parlament komitələri Pakistan vətəndaşlarının ölkəyə turist vizası ilə gəlib geri qayıtmaması ilə bağlı ciddi narahatlıqlarını dilə gətiriblər. Rəsmi məlumatlara görə, təxminən 7000 Pakistanlı qısamüddətli vizadan istifadə edərək Azərbaycana gəlib və ölkəyə qayıtmayıb. Rəsmilər xarici səyahətçilərin izlənməsi və monitorinq sistemlərinin gücləndirilməsi üçün tədbirlər gördüyünü bildiriblər.

Pakistan köç üçün narahat olsa da, əsas narahatlıq Azərbaycandakı vəziyyətlə bağlıdır. Məlumatlara görə, Azərbaycanda yaşayan və ya qeyri-qanuni qalan Pakistanlıların əksəriyyəti kiçik biznes və aşağı ixtisaslı işlərlə məşğul olur. Onlar tikinti sektorunda, xidmət sahələrində və ya kuryer çalışırlar. Digər sahələrdə problem olmasa da, kuryerlik bəzi insanlarda narahatlıq yaradır. Bu kuryerlərin əksəriyyəti azərbaycanca bilmir və ünsiyyəti ingilis dilində qururlar. 

Ümumiyyətlə son illərdə turist vizası ilə gəlib iş axtaranların sayı artıb. Qeyri-qanuni miqrantların artması sosial, iqtisadi və təhlükəsizlik riskləri yaradır. Onlar yerli qadınlara qarşı narahatlıq doğuran davranışlar nümayiş etdirə bilər. Dünya təcrübəsi göstərir ki, artan cinayət halları, o cümlədən cinsi təcavüz və ya narahatçılıq riski qaçılmazdır. 

Qeyri-qanuni miqrantların vətəndaşlığı və ya rəsmi sənədinin olmaması onlarda rahatlıq yaradır. Çünki bu, onların gizlənməyi və qaçmasına şərait yaradır. Qadınlarla yanaşı yerli kişilər üçün də problemlər olur. Məsələn oğurluq, saxtakarlıq, hər hansı müqavimətdə cinayət riski əsas problemlərdəndir. 

Pakistanlı miqrantların problemləri təkcə Azərbaycanla məhdudlaşmır. Avropada, xüsusilə Böyük Britaniyada “grooming gangs” (uşaqları cinsi istismara hazırlama qrupları) skandalları geniş rezonans doğurub. Rotherham, Roçdeyl və Telford kimi şəhərlərdə minlərlə yerli ağ dərili qız uşağına qarşı sistemli cinsi zorakılıq halları aşkarlanıb. Bu qrupların əksəriyyəti Pakistan mənşəli kişilərdən ibarət olub. Hadisələr uzun illər gizlədilib, polis və sosial xidmətlər “irqçilik” ittihamlarından qorxaraq müdaxilə etməyib. Digər ölkələrdə dilənçilik şəbəkələri, insan ticarəti və qeyri-qanuni miqrasiya ilə bağlı problemlər də qeydə alınıb. 

Bunların ölkəmizdə qarşısını almaq üçün Azərbaycan hökuməti və Pakistan tərəfi arasında əməkdaşlıq gücləndirilməlidir. Monitorinq sistemlərinin təkmilləşdirilməsi, vizaların daha sərt nəzarəti və qeyri-qanuni fəaliyyətlərə qarşı birgə əməliyyatlar vacibdir. Eyni zamanda, Azərbaycan vətəndaşları diqqətli olmalı, şübhəli halları müvafiq orqanlara bildirməlidir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər