37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb - DMX

37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb - DMX
12.08.2026 11:00 Cəmiyyət

11 avqust tarixində 37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti rəsmi saytında məlumat yayıb.

Məlumata görə, 11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər