Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı
Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın səfiri Kristian İstrateni çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd olunub.
“Rumıniyanın noyabrın sonunda Buxarestdə 12-14 yaşlı oğlan və qızlar arasında keçiriləcək Taekvondo üzrə Avropa çempionatında iştirak etməli olan Rusiya milli komandasına giriş vizası verməkdən əsassız imtina etməsi ilə bağlı bu ölkəyə kəskin etirazımızı bildirdik”, – deyə bildirilib.
Aysel Mətləb