İsrail tələsir, gözlər isə Trampın əmrində... - İrana qarşı YENİ ZƏRBƏ planı

İsrail tələsir, gözlər isə Trampın əmrində... - İrana qarşı YENİ ZƏRBƏ planı
20.11.2026 18:28 Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana yeni zərbələr endirmək planlarını hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "CBS" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail hakimiyyəti İranın raket potensialını nə qədər sürətlə bərpa etməsindən və hərbi, eləcə də nüvə obyektlərini yeraltı komplekslərə nə qədər tələsik köçürməsindən narahatdır. İranın ilk hücum edəcəyi təqdirdə İsrail ən yüksək hazırlıq səviyyəsindədir.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, İsrail ABŞ ilə birlikdə yeni əməliyyata başlamaq istərdi. Lakin Prezident Donald Trampın yeni zərbələr endirmək barədə əmr verib-verməyəcəyi və bu zərbələrin hansı formada həyata keçirilə biləcəyi məlum deyil.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər