NATO Rusiya ilə böyük müharibəyə hazırlaşır? - Moskvadan Qərbə SƏRT İTTİHAM

NATO Rusiya ilə böyük müharibəyə hazırlaşır? - Moskvadan Qərbə SƏRT İTTİHAM
20.11.2026 18:42 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiya ilə müharibə etmək istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, keçirdiyi həftəlik mətbuat konfransında danışıb.

“NATO çılğın şəkildə hərəkət edir. Bu, NATO-da strategiya quranların müharibə etmək istədiyini göstərir. Rusiya NATO üzvlərinə hücum etmək niyyətində deyil. Biz qonşu və bütün digər ölkələrlə sülh şəraitində yaşamaq istəyirik”, - deyə NATO-nun Rusiyaya qarşı hərəkətlərini tənqid edən Zaxarova vurğulayıb.

Avropa ölkələrinin Ukrayna böhranının həllinə yönəlmiş danışıqlar prosesində iştirak etmək ehtimalını dəyərləndirən Zaxarova avropalıların bəyanat və hərəkətlərinin onların buna hazır olmadığını göstərdiyini qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər