Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqı məğlub etdi

Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqı məğlub etdi
20.11.2026 18:17 İdman

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millsi Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu komanda İraqın müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş U-20-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Nicat Nərimanov və Şahin İbrahimov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər