Alıcılıq qabiliyyəti çökür, narazılıq artır: Fransanı yeni sosial partlayış gözləyir

Alıcılıq qabiliyyəti çökür, narazılıq artır: Fransanı yeni sosial partlayış gözləyir
20.11.2026 19:12 Dünya

Fransanın dövlət sektoru işçilərinin həmkarlar ittifaqları birgə bəyanatla çıxış edərək əməkhaqqı vəziyyətinin pisləşməsini tənqid edib və ölkə miqyasında etiraz aksiyalarına çağırış edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Fransanın səkkiz ən böyük həmkarlar ittifaqı birliyi dekabrın 1-də yeni ümummilli tətil və etiraz aksiyalarının keçiriləcəyini elan edib, mümkün olan hər yerdə mitinqlərə və digər tədbirlərə qoşulmağa çağırıb.

Əsas tələb əməkhaqlarının artırılmasıdır. Nəşrin yazdığına görə, həmkarlar ittifaqları işçilərin gəlirləri ilə bağlı vəziyyətin “kritik xarakter daşıdığını” vurğulayırlar.

Həmkarlar ittifaqları dekabrın 1-də keçiriləcək etiraz aksiyalarına təkcə dövlət sektoru işçilərini deyil, digər sahələrdə çalışanları da çağırırlar. “Le Figaro” həmkarlar ittifaqı təşkilatlarından birinin bəyanatına istinadən yazır ki, bu aksiya yalnız “hakimiyyət tərəfindən unudulan və alıcılıq qabiliyyəti məsələsində hökumətdən heç bir cavab almayan dövlət qulluqçularına dəstək göstərmək” deyil, həm də “müəssisələrdə və iqtisadiyyatın müxtəlif sahələrində əməkhaqlarının artırılması tələblərinin irəli sürülməsinə” kömək etmək məqsədi daşıyır.

“Bu tələbi hökumət və işəgötürənlər nəzərə almalı və ona reaksiya verməlidirlər”, – deyə həmkarlar ittifaqı bəyan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər