Torpaq yox olur, ümidlər qalır: Ada icmalarının urbanizasiya savaşı

Xarici siyasət

21.05.2026 13:55

“Kiçik ada dövlətlərində urbanizasiya və iqlim təzyiqləri vahid yanaşma tələb edir”.

TodayPress TV xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Papua Yeni Qvineyanın Mənzil və Urbanizasiya Naziri Kobby Bomareo deyib.

O bildirib ki, Papua Yeni Qvineya Sakit okeanın ən böyük ada ölkələrindən biridir və yüzlərlə kiçik atol adadan ibarətdir.

Kobby Bomareo qeyd edib ki, SIDS ölkələri dəniz səviyyəsinin qalxması, istixana effekti və sürətli urban miqrasiya ilə eyni anda üzləşir.

Onun sözlərinə görə, şəhərlərə köç artdıqca həm urban, həm də kənd ərazilərində mənzil və infrastruktur təzyiqi güclənir.

Nazir bildirib ki, Sakit okean regionu ölkələri “vahid səs” prinsipilə çıxış edərək iqlim və şəhərsalma məsələlərini beynəlxalq gündəmdə daha güclü şəkildə qaldırmağa çalışır.

Kobby Bomareo vurğulayıb ki, inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm kimi sahələr inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməlidir.

O əlavə edib ki, bütün inkişaf layihələri yerli icmaların torpaq hüquqları, mədəni irsi və ənənəvi idarəetmə sistemləri nəzərə alınmaqla həyata keçirilməlidir.

Qiymət Mahir

TodayPress TV

tag: Kobby Bomareo,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,