Səfir: “İran Hörmüz boğazını bağlamayıb”

Xarici siyasət

02.03.2026 11:46

“Hörmüz boğazı hazırda bağlanmayıb. Bəzi beynəlxalq qanunlar var ki, İran da onlara tabedir. İran Hörmüz boğazı ilə bağlı məsuliyyət daşıyır”.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.

Dəmirçilunun sözlərinə görə, boğazdan keçən tankerlərlə bağlı hər hansı təhlükə yaranarsa, bu, ekoloji problemlərə səbəb ola bilər və İran da bununla bağlı məsuliyyət daşıyır:  

“Belə bir vəziyyətin yaranmaması üçün çalışırıq. Lakin ötən gün həmin marşrutdan istifadə edən bəzi tankerlər beynəlxalq hüququn tələblərinə əməl etmədi və onlarla bağlı müvafiq tədbirlər görüldü”.

Səfir bildirib ki, hadisələr bu şəkildə davam edərsə və İran öz maraqlarını qorumaq üçün Hörmüz boğazının bağlanmasının zəruri olduğunu hiss edərsə, bu istiqamətdə addımlar atıla bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Müctəba Dəmirçilu ,İran,Səfir,Konfrans,Todaypress.tv,