Şahin Mustafayev Aleksandr Novak ilə görüşdü

Şahin Mustafayev Aleksandr Novak ilə görüşdü
26.11.2025 13:55 Xarici siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

TodayPress TV xəbər verir ki, barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər