Neft qiymətləri son bir ayın ən yüksək həddinə çatdı
Brent markalı neftin dekabr 2026-cı il üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında bir barel üçün 109 dolları ötüb ki, bu da 2026-cı il sentyabrın 15-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
TodayPress TV xəbər verir ki, hərracların məlumatına görə, Bakı vaxtı ilə saat 20:34-də Brent neftinin qiyməti 3,18% artaraq 109,29 dollara çatıb.
Saat 20:39-da isə qiymət artımı sürətlənərək 3,19%-ə yüksəlib və bir barel üçün 109,3 dollar təşkil edib.
Eyni zamanda, noyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti 2,07% artaraq 98,5 dollara çatıb.
Aysel Mətləb