İranın gizli yanacaq marşrutu üzə çıxdı: Tankerlər hara üz tutur?
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına baxmayaraq, müəyyən həcmdə mayeləşdirilmiş qaz və aviasiya yanacağı ixrac edə bilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun ortalarından bəri İranın mayeləşdirilmiş qazını daşıyan ən azı səkkiz tanker Oman körfəzini tərk edib. Qiymətləndirmələrə əsasən, tankerlər ümumilikdə 4,1 milyon barel yük daşıyıb.
Yüklərin böyük hissəsinin Malayziyaya göndərildiyi bildirilir. Ehtimal olunur ki, bu tədarüklər sonradan Çinə çatdırılmaq üçün nəzərdə tutulub.
Bundan başqa, sentyabr ayında daha bir tanker İran istehsalı olan aviasiya yanacağını Myanmaya çatdırıb.
Kübra Musayeva