Binəli Yıldırım Türkiyə-Azərbaycan münasibətlərindəki şayiələrə son qoydu - VİDEO

Binəli Yıldırım Türkiyə-Azərbaycan münasibətlərindəki şayiələrə son qoydu - VİDEO
16.10.2026 20:59 Gündəm

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım son günlərdə Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sosial media platformalarında yayılan bəzi xəbərlərə aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ərzincan Binəli Yıldırım Universitetində tədris ilinin açılış tədbirində çıxışı zamanı danışıb.

"Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Bizim köklərimiz birdir, dövlətlərimiz ayrıdır. Türkiyənin suverenlik hüquqları Türkiyəyə məxsusdur, Azərbaycanın suverenlik hüquqları da ora məxsusdur. Suverenlik hüquqlarına nə bizim, nə də Azərbaycanın müdaxilə etmək kimi bir mövqeyi söz mövzusu deyil", - deyə B. Yıldırım vurğulayıb.

O əlavə edib ki, bəzi cari hadisələrlə qədimdən gələn Azərbaycan-Türkiyə əlaqələrini pozmağa heç kəsin gücü çatmaz:

"Biz qardaşıq, sevincdə də bərabərik, kədərdə də bərabərik. Anadolunun qədim torpaqlarında, Qafqazda və Türküstanda keçmişdə necə böyük sivilizasiyalar, böyük uğurlara imza atmışdıqsa, bundan sonra da eynisini etməyə çalışacağıq".

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər