Sahibə Qafarova Omanda səfərdədir

Sahibə Qafarova Omanda səfərdədir
28.01.2026 16:12 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Oman Sultanlığına rəsmi səfərə gəlib.

Bu barədə TodayPress TV-yə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

TodayPress TV

FOTOLAR

Sahibə Qafarova Omanda səfərdədir — 1
Sahibə Qafarova Omanda səfərdədir — 2
Sahibə Qafarova Omanda səfərdədir — 3
XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər