Norveç səfiri İlham Əliyevə minnətdarlığını bildirdi
Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnamələrimi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilir.