Meksikadakı səfirimiz Türkiyənin Zəfər Bayramında iştirak etdi
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçirilən tədbirdə iştirak edib.
TodayPress TV xəbər verir ki, diplomatik nümayəndə bu barədə öz "X" sosial şəbəkə hesabında yazıb.
“30 Avqust – Zəfər Bayramı münasibətilə keçirilən mərasimə qoşulmaq mənim üçün böyük şərəf oldu. Bu anı qardaş türk xalqı ilə bölüşmək və birlikdə tariximizi və dostluğumuzu qeyd etmək möhtəşəm təcrübə idi”.
Töhfə Səməd