Meksika rəsmisi: İnkişaf sosial ədalətsiz mümkün deyil

Xarici siyasət

22.05.2026 10:19

“İnkişafdan danışarkən sosial ədalət anlayışı mütləq ön planda olmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantının mərkəzində şəhərlər: Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı dəyirmi masada Meksikanın Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əlaqələr üzrə baş direktoru Mariana Posada Lombana deyib.

O bildirib ki, Meksika çoxmədəniyyətli ölkədir və burada yerli xalqlar ilə metislər birgə yaşayırlar:

“Biz gündəlik həyatda birlikdə yaşayan iki mədəniyyətin sintezinin bir hissəsiyik. Sosial ədalət resurslardan istifadənin daha bərabər şəkildə bölüşdürülməsinə yönəlmiş dövlət siyasətini əhatə edir. Məqsəd cəmiyyətin resurslara sahib olan təbəqələri ilə az imkanlı qruplar arasındakı böyük fərqi azaltmaqdır”.

Meksikalı rəsmi əlavə edib ki, ənənəvi olaraq yerli xalqlar az imkanlı təbəqələr sırasında yer alır:

“Son dövlət siyasətlərinə afro-mənşəli, afro-meksikalı əhali də daxil edilib”.

Qiymət Mahir

TodayPress TV

tag: Mariana Posada Lombana,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,