Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir
Xarici siyasət
23.11.2025 20:33
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.
Səfər çərçivəsində Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən hazırlanan "Qarabağ Azərbaycandır" kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.
tag: Azərbaycan,Baş prokuror, Kamran Əliyev,Buxarest,Todaypress.tv,
