Mourinyodan sərt qərar: gənc istedad komandada saxlanıldı!
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Endrikin qış transfer pəncərəsində icarə əsasında “Milan”a keçidinə veto qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə “TNT Sports Brasil” məlumat yayıb.
İtaliya klubu braziliyalı hücumçunun oyun praktikasının az olmasından yararlanmaq istəsə də, portuqaliyalı mütəxəssis oyunçunu buraxmaqdan qəti şəkildə imtina edib.
“Mən zədədən sonra ona həqiqi şans vermədim, lakin “Vilyarreal”la matçda meydana çıxmalı idi. Sonra qol vurduq və azlıqda qaldığımız üçün məşqçi adətən digər variantları nəzərdən keçirir. “Milan”a keçid? Bu, olmayacaq”, - deyə Mourinyo bildirib.
Mövsümöncəsi hazırlıq dönəmində aldığı zədə səbəbindən bir aydan çox yaşıl meydanlardan kənarda qalan Endrik cari mövsümdə cəmi dörd dəqiqə meydanda olub. Bu səbəbdən onun qışda icarəyə veriləcəyi ilə bağlı şayiələr yayılmışdı. “Milan”la yanaşı, futbolçu ilə “Aston Villa” maraqlanır, “Roma” da vəziyyəti diqqətdə saxlayır.
Namiq HUN