“Həmişə mən cəza alıram!”: Vinisiusdan İspaniya hakimlərinə qarşı sərt ittihamlar!

“Həmişə mən cəza alıram!”: Vinisiusdan İspaniya hakimlərinə qarşı sərt ittihamlar!
15.10.2026 09:31 İdman

Madridin “Real” klubunun yarımmüdafiəçisi Vinisius Junior UEFA Çempionlar Liqasının “Roma” ilə matçından (4:3) sonra İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi tərəfindən ona tətbiq edilən uzunmüddətli cəzaya reaksiya bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.

Vinisiusun sözlərinə görə, onların diskvalifikasiya barədə elan etmək üçün bütün günləri olub, lakin o, dörd matçlıq cəza aldığını yalnız stadiona gəldikləri zaman öyrənib.

Futbolçu bildirib ki, onlara saçdan tutmaq qaydası heç vaxt izah olunmayıb:

“La Liqa və hakimlik komitəsinin nümayəndələri qaydaları izah etmək üçün mütəmadi olaraq yanımıza gəlirlər, lakin bu konkret məqam heç vaxt müzakirə olunmayıb. Mənim üçün bu, sadəcə qırmızı vərəqə ilə bitdi, vəssalam”.

Vinisius heç vaxt digər oyunçulara qarşı aqressiya nümayiş etdirmədiyini, əksinə, özünü tez-tez vursalar da, məhz özünün cəzalandığını vurğulayıb.

Xatırladaq ki, braziliyalı futbolçu La Liqada “Valensiya” ilə oyunda (1:0) rəqib futbolçu Natan-Dilan Salibin saçından tutduğu üçün qırmızı vərəqə almış və sərt cəzalandırılmışdı.

Bu cəza nəticəsində Vinisius İspaniya La Liqasında dörd qarşılaşmanı – “Sevilya”, “Barselona”, “Rasinq” və “Valensiya” klublarına qarşı oyunları buraxmalı olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər