İtaliya səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verdi
İtaliyanın Bakıdakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib.
TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"1992-ci il Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük", - paylaşımda bildirilib.