İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək?

İrəvanın Bakı planı: Ermənistan növbəti 5 ildə nə edəcək?
19.08.2026 20:53 Xarici siyasət

Ermənistan sülhün möhkəmləndirilməsi çərçivəsində yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmaq niyyətindədir.

TodayPress TV Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqram layihəsində bildirilib.

"Sülhün institutsionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə Hökumət "Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması üzrə işləri davam etdirəcək", - hökumətin gündəliyinə daxil edilmiş və saytda dərc olunmuş sənəddə qeyd olunub.

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər