Milli idman tariximizə daha bir parlaq qələbə: Bakı Balıqçılar Klubu zirvədə!
Türkiyənin Mersin şəhərində keçirilən 9-cu “Uluslararası Altın Kanca Surfkastinq Turnuvası” başa çatıb.
TodayPress TV xəbər verir ki, Bakı Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələr arası yarışda fəxri kürsünün ilk pilləsinə qalxaraq birinci yerə layiq görülüblər.
Gərgin və rəqabətli şəraitdə keçən turnirdə Azərbaycana qələbə qazandıran idmançılarımız Şimali Kipr Türk Respublikası, Tunis, Yunanıstan və Mərakeşdən olan güclü rəqiblərini geridə qoymağı başarıblar.
Qeyd ki, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən Su İdmanı Federasiyası üzvlərinin bu uğuru milli idman tariximizə növbəti parlaq qələbə kimi yazılıb.
Namiq HUN