Səudiyyə Asiyaya nefti su qiymətinə satacaq

Səudiyyə Asiyaya  nefti su qiymətinə satacaq
05.10.2026 10:55 Dünya

Səudiyyə Ərəbistanı noyabr ayında Asiyaya satılacaq neftin qiymətini gözlənilmədən son 6 ilin ən aşağı səviyyəsinə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata görə, Saudi Aramco “Arab Light” markalı neftin Asiya üçün rəsmi satış qiymətini Oman və Dubay markalarının orta qiymətindən 3 dollar aşağı müəyyən edib. Nəticədə qiymət bir barel üçün 5 dollar təşkil edib. Bu, 2020-ci ilin iyunundan bəri ən böyük endirimdir.

Həmçinin “Arab Medium” və “Arab Heavy” markalı neftlərin Asiyaya satış qiymətləri də bir barel üçün 5 dollar azaldılıb.

Mənbələrin bildirdiyinə görə, qiymət endiriminin əsas səbəblərindən biri yüksək yükdaşıma xərcləridir. Asiyalı alıcılar hesab edirlər ki, endirim artan daşınma xərclərinin kompensasiyasına yönəlib.

LSEG məlumatlarına əsasən, Körfəzdən Çinə 2 milyon barel neft daşıya bilən supertankerin gündəlik icarə qiyməti 1,2 milyon dollara çatıb. Bir il əvvəl bu göstərici təxminən 80 min dollar olub.

Qeyd olunur ki, Saudi Aramco şimal-qərbi Avropa üçün noyabr ayında satılan bütün neft növlərinin qiymətini isə bir barel üçün 3 dollar artırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər