Medvedevdən möhtəşəm seriya: Pekində Cokoviçin tarixi rekordu təkrarlandı!
Rusiya tennisçisi Daniil Medvedev Pekində keçirilən “ATP-500” kateqoriyalı turnirin yarımfinalına yüksəlib.
TodayPress TV xəbər verir ki, 2023-cü il turnirinin finalçısı olan Medvedev yarış tarixində ardıcıl 4 dəfə yarımfinala adlayan ikinci tennisçi olub.
Əvvəllər bu göstəriciyə yalnız “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviç imza atmışdı. Serbiyalı tenisçi bu seriyanı 2012-2015-ci illər arasında reallaşdırıb.
Qeyd edək ki, Medvedev və Cokoviç 2026-cı il Pekin turnirinin yarımfinalında bir-biri ilə qarşılaşacaqlar.
Namiq HUN
TodayPress TV