“Bizim Ukraynaya iradımız yoxdur”: Böyük gərginlikdən sonra sülh mesajı!

“Bizim Ukraynaya iradımız yoxdur”: Böyük gərginlikdən sonra sülh mesajı!
05.10.2026 09:20 İdman

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Millətlər Liqasının qrup mərhələsinin IV turunda Ukrayna ilə keçiriləcək matçdan gözləntilərini bölüşüb və komandalar arasında əvvəlki oyunda yaşanan qalmaqala münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Rossi bu barədə mətbuat konfransında bildirib:

“Futbolda vaxtaşırı gərginliyi artıra biləcək epizodlar yaşanır. Lakin düşünmürəm ki, bizim Ukraynaya qarşı hər hansı iradımız var. Əminəm ki, Ukrayna yığması və onun futbolçuları da bizə qarşı mənfi köklənməyiblər.

Biz meydana üç xal üçün çıxacağıq və hər top uğrunda dürüstcə mübarizə aparacağıq. Bütün məsələ bundan ibarətdir. Qaydaların gözlənilməsinə və qərarların qəbul edilməsinə isə hakim nəzarət edəcək. Ukrayna komandasından hər hansı xüsusi davranış gözlədiyimizi düşünmürəm. Zənnimcə, onların da bizə qarşı gözləntiləri eynidir”.

Xatırladaq ki, Ukrayna və Macarıstan komandaları arasında keçirilən əvvəlki görüşün sonlarında futbolçular arasında qarşıdurma yaşanmışdı.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər