ABŞ İsrailə əlavə hərbi qüvvələr göndərəcək
ABŞ Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə əlaqədar İsrailə əlavə hərbi qüvvələr göndərəcək.
TodayPress TV xəbər verir ki, İsrail mediasının məlumatına görə, ABŞ hərbçiləri hazırda planlı rotasiya həyata keçirir. Yaxın həftələrdə mümkün hərbi əməliyyatlara hazırlıq çərçivəsində İsrailə əlavə hərbçilərin və aviasiya qüvvələrinin gəlməsi gözlənilir.
Hazırda İsrail ərazisində təxminən 3 min ABŞ hərbçisinin yerləşdiyi bildirilir.
Kübra Musayeva