Nazir müəllimlərin əsas missiyasını AÇIQLADI

Nazir müəllimlərin əsas missiyasını AÇIQLADI
05.10.2026 09:51 Elm və Təhsil

Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyil, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.

TodayPress TV xəbər verir ki, bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".


TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər