Keçmiş "ANS"çiyə yeni vəzifə verildi

Keçmiş "ANS"çiyə yeni vəzifə verildi
05.10.2026 09:08 Gündəm

 “MTV Azərbaycan”a yeni icraçı direktor təyin olunub.

TodayPress TV "Yurd.Media"ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan”ın Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, bundan əvvəl “VMF Company”də Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Sevinc Tahirova əvvəlki illərdə Azərbaycanın müxtəlif televiziya kanallarında da çalışıb. O, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrində işləyib.

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər