ŞOK İDDİA: Pilot təyyarəni Ben-Qurion hava limanına çırpmaq istəyib

ŞOK İDDİA: Pilot təyyarəni Ben-Qurion hava limanına çırpmaq istəyib
05.10.2026 08:47 Dünya

"Flydubai" pilotunun İsrailin Ben-Qurion hava limanında təyyarəni terminala çırpmağı planlaşdırdığı iddia olunur.

TodayPress TV xəbər verir ki, iddiaya görə, Oman vətəndaşı Həmam əl-Həmami bir neçə ay ərzində hücum hazırlayıb və eniş icazəsi aldıqdan sonra təyyarəni hava limanına yönəltməyi planlaşdırıb.

İstintaq zamanı onun "Ben-Quriona çırpılmaq mənim arzum idi" dediyi bildirilir.

Hücum pilotun kabinəsinə daxil olan sərnişinlər və ekipaj üzvləri tərəfindən dayandırılıb. Kapitan Smit Makkhar ağır yaralanmasına baxmayaraq kabinənin qapısını açaraq müdaxiləyə şərait yaradıb.

Məlumata görə, əl-Həmami daha əvvəl radikal baxışlarına görə Oman Air-də uçuşlardan uzaqlaşdırılıb. Lakin bu barədə Flydubai-yə məlumat verilmədiyi iddia edilir.

Hadisədən sonra İsrailin baş naziri xarici aviaşirkətlərin ölkəyə uçuşları ilə bağlı təhlükəsizlik yoxlamasının aparılmasını tapşırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər