Xarkovda dron hücumu: ölən və yaralananlar var - VİDEO
Gecə saatlarında Ukraynanın Xarkov şəhəri “BanderoL” tipli pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, İndustrial rayonunda baş verən hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Məlumata görə, zərər görən obyektlər arasında inzibati bina da var.
Odessa vilayətində isə sənaye infrastrukturuna zərbə nəticəsində genişmiqyaslı yanğın baş verib.
Yanğın söndürüldükdən sonra mütəxəssislər ərazidə radiasiya və kimyəvi çirklənmə ilə bağlı yoxlama aparıblar. Yoxlama zamanı təhlükəli maddələr aşkarlanmayıb.
Jalə Rövşən