Ayda da “işıq pulu” dərdi başlayır: Nüvə reaktoru qururlar

Ayda da “işıq pulu” dərdi başlayır: Nüvə reaktoru qururlar
05.10.2026 07:46 Dünya

ABŞ, Rusiya və Çin Ayda ilk nüvə reaktorunu qurmaq üçün rəqabət aparır.

TodayPress TV xəbər verir ki, “The New York Times”ın məlumatına görə, NASA öz nüvə reaktorunu 2030-cu ilə qədər Ayda işə salmağı planlaşdırır. Rusiya və Çinin birgə layihəsinin isə 2036-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Nüvə enerjisinin Ayda uzunmüddətli fəaliyyət göstərəcək bazaların enerji təminatı üçün vacib olduğu bildirilir. Günəş panelləri Ayda təxminən iki həftə davam edən gecə ərzində fasiləsiz enerji istehsal edə bilmir.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər