Portuqaliya millisində böyük böhran: Baş məşqçi Ronalduya meydan oxudu!

Portuqaliya millisində böyük böhran: Baş məşqçi Ronalduya meydan oxudu!
05.10.2026 08:50 İdman

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş hücumçu Kriştianu Ronaldudan üzr istəməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, “Record” nəşri portuqaliyalı mütəxəssisin  sözlərini sitat gətirib.

“Mən heç kimdən üzr istəmirəm. Bütün bunlara səbəb olan məsələ futbolçunun qızışma hərəkətləri etməsi idi. Mən bu qərarın və baş verənlərin məsuliyyətini üzərimə götürürəm. Lakin nəyə görə üzr istəməliyəm? Kimdən üzr istəməliyəm? Bu, yalandır. Nəyə görə, hansı səbəbdən üzr istəməliyəm?” - deyə Jezuş bildirib. 

Xatırladaq ki, Ronaldu Millətlər Liqasının Danimarka ilə III tur matçından (4:2) əvvəl, baş məşqçi Jorje Jezuşın münaqişənin olmaması barədə bəyanatlarına baxmayaraq, millinin düşərgəsini tərk edib. Bir sıra Portuqaliya KİV-ləri Ronaldunun milli komandadakı karyerasını başa vurmaq niyyətində olduğunu bildirib. Həmçinin Jezuşın hücumçu ilə barışıq görüşünə razılıq verdiyi və futbolçunu noyabr matçlarının iştirak ərizəsinə daxil etmək niyyətində olduğu xəbər verilib.

Bununla yanaşı, 41 yaşlı hücumçunun dostu olan jurnalist Edu Agirre bildirib ki, şəxsi söhbət zamanı mütəxəssis sentyabrın sonunda Millətlər Liqasının II turunun Norveçlə matçında futbolçunu qızışmağa göndərib, lakin meydana buraxmadığı üçün ondan üzr istəyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər