"İnnovasiya kənardan gəlmir!" – Yerli xalqların gizli qalan potensialı
Xarici siyasət
22.05.2026 10:55
“Dayanıqlı şəhərlər və effektiv mənzil siyasəti üçün yerli icmaların bilik və iştirakı əsas şərtdir”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Köçürülmənin qarşısının alınması və mənzil həlləri” adlı paneldə Şəhər Mənzil Təcrübəçiləri Mərkəzinin (UHPH) regional meneceri Marina Munyos Qarsiya deyib.
O bildirib ki, icma əsaslı torpaq etimad fondları bu istiqamətdə mühüm başlanğıc alətlərindən biridir:
“Yerli qadınlar dayanıqlılıq üçün əsas resurslardan biridir və onları yalnız faydalanan tərəf kimi görmək düzgün deyil. Təcrübə göstərir ki, qadınlar mənzil mülkiyyəti, tikinti və torpaq idarəçiliyində lider olduqda bütün icmalar bundan faydalanır. Qadınlar ənənəvi biliklərin, yerli materialların, su idarəçiliyinin və ekoloji yanaşmaların əsas daşıyıcılarıdır. Bu faktı nəzərə almayan mənzil siyasəti yalnız gender bərabərliyini pozmur, həm də hazır həlləri itirir”.
Marina Munyos Qarsiya, həmçinin bildirib ki, yerli xalqlar innovatorlardır və onlara kənardan dizayn etmək deyil, öz bilik sistemləri ilə dizayn etmək imkanı yaradılmalıdır:
“Ən dayanıqlı və iqlimə uyğun həllər beynəlxalq çərçivələrdən yox, əsrlərlə öz ərazilərini müşahidə edən icmalardan gəlir. Əsas problem innovasiyanın olmaması deyil, onun institutlar tərəfindən tanınmaması və dəstəklənməməsidir. Bizim vəzifəmiz bu bilikləri tanımaq, maliyyələşdirmək və genişləndirməkdir”.
Qiymət Mahir
tag: Marina Munyos Qarsiya,WUF13,Tədbir,Çıxış,Todaypress.tv,
