Hindistan səfiri "Diri Baba"da ibadət etdi

Xarici siyasət

21.05.2026 14:02

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Abhay Kumar "X" hesabında və instagramda paylaşım edib.

TodayPress TV xəbər verir ki, paylaşımda qeyd olunur:

"Ambassador Abhay Kumar visited the Diri Baba Mausoleum in Gobustan and met Director Yusif Nazim Arabsoy. Diri Baba Mausoleum is known for its rich cultural and spiritual significance and highlights the shared Sufi heritage and spiritual connections between India and Azerbaijan." (Səfir Abhay Kumar Qobustandakı Diri Baba türbəsini ziyarət edib və direktor Yusif Nazim Arabsoy ilə görüşüb. Diri Baba türbəsi öz zəngin mədəni və mənəvi əhəmiyyəti ilə tanınır, Hindistan və Azərbaycan arasındakı ortaq sufi irsini və mənəvi əlaqələri vurğulayır.)

Qeyd edək ki, səfir Abhay Kumar Diri Baba türbəsində 2 saat vaxt keçirib. Görüş zamanı ona şair-publisist, türbə-kompleksin rəhbəri Yusif Nazim Ərəbsoy abidənin tarixi və memarlıq üslubu, eləcə də sufizmin İslam dini və digər dini dünyagörüşlər kontekstində mahiyyəti haqqında ətraflı məlumat verib.  Cənab səfirlə görüş Diri Baba türbəsi ətrafındakı mağaralara baxış zamanı da maraqlı olub. Belə ki, mağaraların birində Abhay Kumarın şeirləri, eləcə də Şərq ədəbiyyatı mövzusunda söhbət aparılıb. Buddizm və İslam dinində bəşəri sevgi, mənəvi kamilləşmə haqqında fikirlər bölüşülüb. Söhbət zamanı XIII-XIV əsrlərdə Hindistanda yaşamış sufi Hz.Nizaməddin, şair Əmir Xusro və onların bir məzarda dəfn edilməsi, hind və digər xalqlar tərəfindən ziyarət edilməsi vurğulanıb.

TodayPress TV

tag: Abhay Kumar,Hindistan,Azərbaycan,Səfir,Diri Baba,Todaypress.tv,

photo
photo