Hikmət Hacıyev İqor Qarafuliç ilə görüşdü

Hikmət Hacıyev İqor Qarafuliç ilə görüşdü
30.01.2026 14:34 Xarici siyasət

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandaki nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında uzunmüddətli tərəfdaşlığın perspektivləri, xüsusilə 2026-2030-cu illər üzrə yeni Əməkdaşlıq Çərçivə sənədi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İqor Qarafuliç BMT-nin ölkədəki bütün struktur bölmələrinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması və milli prioritetlərin dəstəklənməsi üçün tam səfərbər olduğunu vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər