Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır
26.02.2026 16:13 Xarici siyasət

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycanın ağrısını qəlbimizin ən dərin yerində hiss edirik.

Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Can Azərbaycanın yanındadır", - paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər