Daxili işlər naziri Gürcüstana səfər etdi, birgə saziş imzalandı

Daxili işlər naziri Gürcüstana səfər etdi, birgə saziş imzalandı
21.11.2025 12:41 Xarici siyasət

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.

Bu barədə DİN Mətbuat Xidmətindən TodayPress TV-yə bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər