Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi

Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi
28.01.2026 18:11 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.

Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi — 1
Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi — 2
Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi — 3
Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi — 4
Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət etdi — 5
XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər