Azərbaycanla Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

Azərbaycanla Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi
21.11.2025 16:25 Xarici siyasət

"2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər