Erməni nazir Hacıyevin Ermənistana gediş səbəbini açıqladı
Ermənistan parlamentində Hikmət Hacıyevin seçkilərdən dərhal sonra Ermənistana səfəri müzakirə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, 2027-ci il dövlət büdcəsinin ilkin müzakirələri zamanı “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyan xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin seçkilərdən cəmi bir həftə sonra Ermənistana səfərinin səbəbini soruşub.
Deputat səfəri Ermənistanda konstitusiya dəyişiklikləri ehtimalı ilə əlaqələndirib və hökumətin parlamentdə çoxluğa malik olmadığını xatırladıb.
Ararat Mirzoyan isə cavabında həmin dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirib. O, bu çərçivədə vətəndaş cəmiyyəti nümayəndələrinin, baş nazir müavinlərinin, ekspert qruplarının və təhlükəsizlik şuralarının katiblərinin qarşılıqlı səfərlərini qeyd edib.
Jalə Rövşən