Britaniya Rusiyaya yeni zərbə hazırlayır: Hədəfdə bu dəfə neft də var
Böyük Britaniya Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirmək imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bunu ölkənin energetika naziri Ed Milibend parlamentin Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, 2027-ci il yanvarın 1-dən Böyük Britaniyada Rusiyadan mayeləşdirilmiş təbii qazın daşınması ilə bağlı dəniz xidmətlərinə qadağa tətbiq olunacaq.
Milibend qeyd edib ki, London analoji məhdudiyyətlərin Rusiya neftinə də şamil edilməsini müzakirə edir. Rusiyanın kömür sektoruna qarşı da belə qadağaların tətbiqi ehtimalı araşdırılır.
Kübra Musayeva