Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq

Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq
01.09.2025 12:25 Xarici siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin (ŞƏT) “Tiencin Bəyannamə”sində qeyd edilib.

Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər