Asemgül Bayel Bakı Beynəlxalq Qadınlar Klubuna prezident seçildi

Asemgül Bayel Bakı Beynəlxalq Qadınlar Klubuna prezident seçildi
28.01.2026 17:15 Xarici siyasət

Bakı Beynəlxalq Qadınlar Klubuna (International Women"s Club Baku) yeni prezident seçilib.

TodayPress TV xəbər verir ki, fevralın 1-dən bu vəzifəni Asemgül Bayel icra edəcək.

Asemgül Bayel Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşıdır.

Qeyd edək ki, Bakı Beynəlxalq Qadınlar Klubu otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır.

TodayPress TV

FOTOLAR

Asemgül Bayel Bakı Beynəlxalq Qadınlar Klubuna prezident seçildi — 1
XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər