Yəməndəki küləklər Cənubi Qafqaza nə gətirəcək ? - ŞƏRH
Husilər son bir həftədə Qırmızı dəniz sahilində ciddi irəliləyiş əldə ediblər. Onlar strateji Əl-Moha limanını, Perim adasını və Haniş adalarını nəzarətə götürüblər. Bu, Bab əl-Məndəb boğazına çıxış üzərində mövqelərini gücləndirib. Qüvvələr nisbətinin dəyişməsi və İranmeylli qruplaşmaların təsir imkanlarının məhdudlaşdırılması həm Fars körfəzi, həm də Cənubi Qafqazın təhlükəsizlik mühiti baxımından diqqət çəkir.
Bəs Yaxın Şərqdəki bu proseslər Cənubi Qafqazdan təsirsiz ötüşəcək?

Mövzu ilə bağlı siyasi analitik Aydın Tağıyev TodayPress TV-yə açıqlamasında bildirib ki, Yəməndə qüvvələr nisbətinin dəyişməsi və İranmeylli qruplaşmaların təsir imkanlarının məhdudlaşdırılması təkcə Fars körfəzi üçün deyil, həm də Cənubi Qafqaz üçün strateji nəticələr doğura bilər:
"Yəməndə İranın dəstəklədiyi husilərin mövqelərinin zəifləməsi Tehranın Yaxın Şərqdəki manevr imkanlarını məhdudlaşdırır. Bu, İranın Cənubi Qafqazda da daha ehtiyatlı davranmasına səbəb ola bilər".
O hesab edir ki, Yəməndəki proseslər Yaxın Şərqdə İranın təsirini məhdudlaşdırmaqla yanaşı, Cənubi Qafqazda geosiyasi balansı dəyişdirə və Azərbaycanın enerji-diplomatik mövqelərini gücləndirə bilər.
"Bu, həm təhlükəsizlik mühitinin, həm də iqtisadi diplomatiyanın yeni mərhələyə keçməsi deməkdir",- ekspert fikrini tamamlayıb.
Jalə Rövşən