Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?

Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?
06.02.2026 16:21 Təhlil

ABŞ hökuməti İranda olan öz vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb və dövlət yardımına arxalanmamağı tövsiyə edib.   

Rəsmi xəbərdarlıqda təhlükəsizlik risklərinin artdığı, ölkədə iğtişaşların intensivləşdiyi, rabitə məhdudiyyətləri və nəqliyyat sistemində qeyri-sabit vəziyyətin hökm sürdüyü vurğulanır. 

ABŞ-nin İrandakı Virtual Səfirliyi vətəndaşlara evakuasiya planlarını müstəqil şəkildə hazırlamağı tövsiyə edib və hökumətin yalnız məhdud dəstək göstərə biləcəyini açıqlayıb. 

Bəs ABŞ-nin təcili çağırışı nəyin anonsudur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, İran ətrafında baş verən prosesləri Yaxın Şərqdə cərəyan edən hadisələrdən ayrı düşünmək mümkün deyil:


“İran dövləti uzun illər dini, daha doğrusu dini təriqəti siyasətə və qonşu dövlətlərlə münasibətlərdə alət etmək yolu tutub. Təbii ki, bu da bumeranq effekti ilə özünə qarşı yönəlib. Artıq İran ətrafında həlqə tamamilə daralmaq və qapanmaq üzrədir”.

Politoloqun sözlərinə görə, ölkə daxilində də məhz yanlış siyasət səbəbindən etirazlar geniş vüsət almaqdadır:

“Hər nə qədər bu etirazlar zor gücü ilə yatırdılsa da, onların hər an yenidən genişlənmə ehtimalı yüksəkdir. Bu da onu göstərir ki, İran rejimi həm daxildə, həm də beynəlxalq sferada ciddi etibar itirib”.

F.Məhərrəmli qeyd edib ki, son günlər bu etibar itkisi İran hakimiyyətində ciddi çaşqınlıqla müşayiət olunur:

“ABŞ ilə gərginləşən münasibətlər fonunda İranın xarici işlər naziri əvvəlcə Türkiyəyə səfər edərək danışıqların İstanbulda keçiriləcəyinə dair mesaj verdi. Lakin bir-iki gün sonra mövqe dəyişdirildi və görüşün Omanın paytaxtı Maskatda keçiriləcəyi açıqlandı. Bu fakt İranın dini-siyasi və hərbi elitasında ciddi fikir ayrılıqları və dərin etimadsızlıq mühitinin mövcud olduğunu göstərir”.

Ekspertin fikrincə, Maskatda keçirilən ABŞ–İran danışıqları iki ssenari ilə nəticələnə bilər:


“Ya İran ABŞ-nin bütün şərtlərini qəbul edərək ölkənin neft və qaz resurslarının idarə olunmasını amerikalılara təslim edəcək, ya da ABŞ hava qüvvələrinin hədəfinə çevriləcək. ABŞ-nin son anda vətəndaşlarını İranı təcili şəkildə tərk etməyə çağırması tərəflərin danışıqlar masasından ciddi nəticə gözləmədiklərinin əyani sübutu sayıla bilər”.

F.Məhərrəmlinin qənaətincə, İran ətrafında proseslər yeni başlayır:

“Yaxın zaman kəsiyində İran səhnəsində yeni və daha ciddi hadisələrin şahidi olacağımız qaçılmazdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 Bütün Xəbərlər